
Azərbaycanda əmlak məsələləri üzrə məhkəməyə müraciət edənlərin sayında hər il 8-10% artım müşahidə olunur. İl ərzində xəbər saytlarında dərc olunan məqalələrə diqqət etməyiniz kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu görə biləsiniz. Özünüzü o statistikaların, xəbərlərin dıaqarası qəhrəmanı kimi görmək istəmirsinizsə məsələləri hüquqi yollarla həll etməyinizi tövsiyə görürük. Biz Sizin hər qanundan kənar atdığınız addıma görə sonradan əziyyət çəkməyinizi istəmirik. Əmlakın bölgüsü, alqı-satqısı, torpaq sahələrinin təyinatının dəyişdirilməsi, kupça və digər sənədlərin alınması prosesləri Sizə asan gəlsə də, gözünüzdən qaçan məsələlər sonradan Sizin üçün böyük baş ağrısına çevrilə bilər.
Bu işlərdə niyə ehtiyatlı olmağınızı tövsiyə edirik?
Sonrakı peşmançılıq
Maliyyə itkisi
Söz və Vəd vermə
Saxta sənədlər
İnzibati xətalar üzrə hüquqi xidmətlər
Form başlığı
Form alt başlığı
- Vergi yoxlamalarının müşayət edilməsi
Narahat olmağınıza əsas yoxdur. Vergi yoxlanışları zamanı da Sizi müşayət etməyə və qarşı tərəfin yaranan suallarını cavablandırmaq üçün yanınızda olacağıq.

- Hüquq xidmətiƏtraflı
Azərlegal Group olaraq yerli bazarda hüquq departamenti olmayan şirkətlər üçün mübahisələrin məhkəməyə qədər həlli üçün danışıqların aparılmasını təklif edirik. Bundan əlavə şirkət sahiblərinə şübhəli görünən digər işlərdə də yanlarında olmaqla hüquqi danışıqları iştirak edirik.
Bazarda hüquqi xidmət üçün müraciət edən fərdi və hüquqi şəxslərin böyük əksəriyyəti məhkəmə işlərində müsbət nəticə əldə etməməsinin iki əsas səbəbini aşkar etmişik.
Birinci səbəb: Müştəri hadisə baş verdikdən sonra hüquqi xidmət üçün tələb olunan müddətdən gec müraciət edir. Bu da müsbət nəticə almaq üçün işin gedişatına bu və ya digər formada təsir edir.
İkinci səbəb: Təcrübə göstərir ki, hüquq xidməti üçün müraciət edən müştərilər baş vermiş hadisənin müəyyən hissələrini hər hansı bir səbəbdən gizlədirlər. Bu da öz növbəsində işin müsbət nəticələnməsinə birbaşa mane olmaqla bərabər, əlavə gözlənilməz maneələr yaradır.
Azərlegal Group Hüquq şirkəti olaraq biz yuxarıda qeyd olunan bütün bu prosesləri anlayır və bizə müraciət edən bütün müştərilərə “Biz üzləşdiyiniz problemləri həll etməyə hazırıq. Yetər ki, vaxtında müraciət edin” demək istəyirik. Fəaliyyətimizin bütün dövrlərində hüquq xidməti üzrə əldə etdiyimiz uğurlu məhkəmə işlərinin 70%-ni məhz vaxtında müraciət etmiş müştərilər təşkil etməkdədir.
Bu sahədə üstün olduğumuzu göstərən məqamlar:

- Ailə məsələləri üzrə xidmətlər
Sizə aid olanları (azadlıq, əmlak, uşaq və s.) geri qaytarmaq üçün Sizə müdafiə edə bilərik.
