searchclose
close
Əmək müqaviləsi nədir?
blog

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanan, tərəflərin qarşılıqlı hüquq və vəzifələrini, eləcə də əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı hüquqi sənəddir. Bu müqavilə işçinin hansı işi, hansı şərtlərlə və hansı müddət ərzində görəcəyini rəsmi şəkildə təsdiqləyir.

 

Əmək müqaviləsinin forması

 

Əmək müqaviləsi mütləq yazılı formada bağlanmalıdır və aşağıdakı tələblərə cavab verməlidir:

 

  • Müqavilə tərəflərin imzası ilə təsdiqlənir (hüquqi şəxslərdə möhür tətbiq oluna bilər);
     

  • Ən azı iki nüsxədə tərtib olunur;
     

  • Bir nüsxə işçiyə, digər nüsxə isə işəgötürənə təqdim edilir.

 

Yazılı müqavilənin olmaması işəgötürən üçün ciddi hüquqi məsuliyyət yaradır.

 

Əmək müqaviləsinin müddəti

 

Əmək müqaviləsi müddətinə görə iki formada bağlana bilər:

 

1. Müddətli əmək müqaviləsi

Tərəflərin razılığı ilə müəyyən olunmuş vaxt üçün bağlanır.

2. Müddətsiz əmək müqaviləsi

Müqavilədə müddət göstərilmədikdə, avtomatik olaraq müddətsiz hesab olunur.

Qeyd:

  • Müddətsiz bağlanmış əmək müqaviləsi tərəflərin razılığı olmadan sonradan müddətli müqavilə ilə əvəz edilə bilməz.
     

  • Əgər görüləcək işin daimi xarakter daşıdığı əvvəlcədən məlumdursa, əmək müqaviləsi müddətsiz bağlanmalıdır (Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar istisna olmaqla).
     

  • Müddətli əmək müqaviləsi fasiləsiz 5 ildən artıq davam edərsə, o, müddətsiz hesab olunur.
     

Əmək müqaviləsi olmadan işçi cəlb edilərsə nə baş verir?

 

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi inzibati məsuliyyət yaradır.

 

Cərimələr:

  • Fiziki şəxslər üçün: 1.000 – 2.000 manat
     

  • Vəzifəli şəxslər üçün: 3.000 – 5.000 manat
     

  • Hüquqi şəxslər üçün: 20.000 – 25.000 manat
     

Sınaq müddəti nə qədər ola bilər?

 

Sınaq müddəti aşağıdakı qaydada müəyyən edilir:

 

  • 6 ayadək bağlanmış müqavilələrdə  maksimum 2 həftə;
     

  • Digər əmək müqavilələrində maksimum 3 ay;
     

  • Sınaq müddəti yalnız işçinin faktiki işlədiyi vaxtı əhatə edir;
     

  • Müvəqqəti əmək qabiliyyətsizliyi və ya üzrlü səbəbdən işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir;
     

  • Müqavilədə sınaq müddəti göstərilməyibsə, sınaq təyin edilməmiş hesab olunur.
     

İşçi əlavə işlə məşğul ola bilərmi?

 

Bəli. Əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi:

 

  • Əsas iş vaxtından sonra,
     

  • Həm öz iş yerində, həm də əvəzçilik qaydasında başqa iş yerlərində əlavə əmək fəaliyyəti ilə məşğul ola bilər.
     

İş vaxtından artıq iş necə ödənilir?

 

İş vaxtından artıq görülən işlər üçün əmək haqqı aşağıdakı qaydada hesablanır:

  • Vaxtamuzd sistemdə – saatlıq əmək haqqının ikiqatından az olmamaqla;
     

  • İşəmuzd sistemdə – əsas əmək haqqı tam ödənilməklə, əlavə olaraq müvafiq saatlıq tarifdən az olmayan məbləğdə.
     

 Qeyd:

  • İş vaxtından artıq iş əlavə istirahət günü ilə əvəz edilə bilməz;
     

  • Əmək və ya kollektiv müqavilədə daha yüksək ödəniş nəzərdə tutula bilər.
     

 

İşəgötürən əmək müqaviləsini hansı hallarda ləğv edə bilər?

 

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

 

  • Müəssisə ləğv edildikdə;
     

  • Ştatların və ya işçilərin sayı ixtisar edildikdə;
     

  • İşçinin peşə və ixtisas səviyyəsinin tutduğu vəzifəyə uyğun olmaması rəsmi qərarla təsdiqləndikdə;
     

  • İşçi əmək öhdəliklərini yerinə yetirmədikdə və ya kobud pozuntuya yol verdikdə;
     

  • Sınaq müddətində işçi özünü doğrultmadıqda;

 

  • Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçi yaş həddinə çatdıqda.

Oxşar bloqlar

07.04.2026

Şirkətlər böyümək istəyir. Daha çox müştəri, daha çox satış, daha böyük bazar payı. Amma reallıqda bu böyümə çox vaxt idarəolunmaz olur. Xərclər artır, proseslər yavaşlayır, resurslar səmərəsiz istifadə olunur və risklər çoxalır. Bu problemlərin səbəbi çox zaman satışda və ya marketinqdə axtarılır. Amma əsas səbəb daha dərin bir yerdə olur;

Satınalma prosesində. Çünki satınalma şirkətin bütün əməliyyatlarının mərkəzində dayanır və bir çox qərarların keyfiyyətini birbaşa təsir edir.

 

Satınalma biznesin görünməyən idarəetmə sistemidir.

Bir çox şirkət satınalmanı sadəcə ehtiyac yarananda məhsul və ya xidmət almaq kimi qəbul edir. Amma əslində satınalma bundan daha böyük rol oynayır. Bu proses resursların necə istifadə olunacağını müəyyən edir və xərclərin necə formalaşacağını təsir edir eyni zamanda şirkətin maliyyə dayanıqlığını formalaşdırır. Satınalma düzgün qurulmadıqda şirkət böyüsə belə bu böyümə qeyri stabil olur. Çünki arxasında sistem yoxdur.

 

 

Strateji yanaşma olmadan böyümə risklidir

Plansız satınalma qısa müddətdə problem yaratmaya bilər amma böyümə başladıqca təsiri daha aydın görünür. Şirkət daha çox sifariş verir amma eyni məhsulu fərqli qiymətlərlə alır. Yeni təchizatçılar əlavə olunur amma onların keyfiyyəti və etibarlılığı yoxlanılmır. Daxili proseslər artır amma standartlar formalaşmır. Nəticədə xərclər nəzarətdən çıxır əməliyyat yükü artır və qərarvermə çətinləşir. Bu isə böyüməni sürətləndirmək əvəzinə onu ləngidir. 

 

 

Satınalma prosesinin strukturu

Effektiv satınalma prosesi iki əsas mərhələdən ibarətdir.

 

Procurement - strateji mərhələ

Bu mərhələ bütün prosesin təməlini təşkil edir. Burada ehtiyaclar müəyyən olunur, bazar araşdırılır, təchizatçılar analiz edilir, qiymət və şərtlər müqayisə olunur, risklər qiymətləndirilir. Bu mərhələnin əsas məqsədi doğru qərar verməkdir. Əgər bu hissə zəifdirsə sonrakı bütün addımlar yalnız nəticələri idarə etməyə çalışır

Purchasing - operativ mərhələ

Bu mərhələ artıq icra hissəsidir. Sifarişlərin verilməsi, çatdırılmanın izlənməsi,ödənişlərin həyata keçirilməsi. Bu proses nə qədər sürətli və düzgün işləsə də əgər əvvəlki mərhələ düzgün qurulmayıbsa effektiv nəticə vermir.

 

Ən böyük səhv Procurement mərhələsini nəzərə almamaqdır

Bir çox şirkət yalnız alış prosesinə fokuslanır. Yəni daha tez sifariş vermək, daha sürətli çatdırılma almaq. Amma əsas suallar cavabsız qalır. Bu məhsul həqiqətən lazımdırmı? Daha uyğun alternativ varmı? Bu təchizatçı ən doğru seçimdirmi? Uzunmüddətli təsir nə olacaq?

Bu suallar cavablandırılmadıqda satınalma qərarları qısa müddətli olur və uzun müddətdə zərər yaradır

 

Düzgün satınalma strategiyası nə verir?

Strukturlaşdırılmış və strateji yanaşma tətbiq olunduqda satınalma biznes üçün güclü idarəetmə alətinə çevrilir

Bu yanaşma xərclərə nəzarət yaradır, büdcə planlamasını daha dəqiq edir, təchizat zəncirini optimallaşdırır, riskləri minimuma endirir və daxili prosesləri standartlaşdırır. Ən vacibi isə qərarvermə daha məlumatlı və əsaslı olur. Bu isə yalnız qənaət deyil, davamlı və idarə olunan böyümə deməkdir

 

Satınalma strategiyası və maliyyə dayanıqlığı

Satınalma yalnız əməliyyat deyil, o həm də maliyyə strategiyasının bir hissəsidir. Düzgün idarə olunan satınalma nağd pul axınını daha stabil edir, gözlənilməz xərclərin qarşısını alır və investisiya imkanlarını artırır. Bu isə şirkətin böyüməsini daha dayanıqlı edir.

 

Böyümə yalnız satışın artması deyil, böyümə sistemlərin işləməsi deməkdir. Əgər satınalma prosesi plansızdırsa, böyümə ya çox baha başa gələcək ya da davamlı olmayacaq. Satınalma strategiyası isə bu prosesi idarə olunan hala gətirir. Böyümə təsadüf deyil, strategiyanın nəticəsidir.

Ətraflıbtn_right
12.01.2026

Əlavə Dəyər Vergisi (ƏDV) sahibkarlıq fəaliyyətində mühüm yer tutur və müəyyən hallarda vergi ödəyiciləri üçün məcburi, bəzi hallarda isə könüllü xarakter daşıyır. 

 

Aşağıdakı şəxslər ƏDV ödəyicisi sayılır:

  • ƏDV üzrə qeydiyyatdan keçmiş və ya keçməli olan rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər
     

  • Azərbaycan Respublikasına ƏDV-yə cəlb olunan malları idxal edən şəxslər (yalnız idxal əməliyyatları üzrə)
     

  • Azərbaycan ərazisində ƏDV qeydiyyatı olmadan iş görən və ya xidmət göstərən qeyri-rezidentlər (həmin xidmətlər üzrə)
     

  • Hüquqi şəxs yaratmadan həyata keçirilən birgə sahibkarlıq fəaliyyəti, bu halda ƏDV məqsədləri üçün ayrıca şəxs hesab olunur və uçotu aparan şəxs ƏDV ödəyicisi sayılır

 

  • Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları, eləcə də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

 

ƏDV üzrə məcburi qeydiyyat vacibdirmi?

Əgər sahibkarlıq fəaliyyəti göstərən şəxsin ardıcıl 12 ay ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı aşırsa, o, növbəti ayın birinci günündən etibarən 10 gün ərzində ƏDV qeydiyyatı üçün vergi orqanına müraciət etməlidir.

Müəyyən sahələr (məsələn, sərnişin və yük daşımaları, yaşayış sahələrinin təqdim edilməsi və s.) üçün istisnalar mövcuddur.

 

Könüllü ƏDV qeydiyyatı mümkündürmü?

Məcburi qeydiyyata düşməyən şəxslər könüllü olaraq ƏDV qeydiyyatına müraciət edə bilərlər və xüsusilə avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən şəxslər ödənişləri və gəlirləri nağdsız qaydada həyata keçirdikdə, göstərilən xidmətləri elektron qaimə-faktura ilə rəsmiləşdirdikdə, həmçinin əməliyyat uçotunu vahid elektron sistem üzərindən apararaq vergi orqanına məsafədən çıxış imkanı yaratdıqda bu hüquqdan istifadə edə bilərlər.

 

ƏDV qeydiyyatı necə aparılır?

ƏDV qeydiyyatı üçün ərizə Vergi orqanının müəyyən etdiyi formada təqdim olunur. Vergi orqanı ərizədən sonra 5 iş günü ərzində şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrinə daxil edir. Qeydiyyat bildirişində vergi ödəyicisinin adı, VÖEN-i və qeydiyyatın qüvvəyə mindiyi tarix göstərilir.

 

ƏDV qeydiyyatının ləğvi necə aparılır?

Əgər vergi ödəyicisi ƏDV-yə cəlb olunan əməliyyatları tam dayandırırsa, qeydiyyatın ləğvi üçün ərizə təqdim etməlidir. Qeydiyyat əməliyyatların dayandırıldığı gün qüvvədən düşür.

Ətraflıbtn_right
21.11.2025

Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) sahibkarın şəxsi əmlakını qoruyan, biznes risklərini investisiya olunan kapital ilə məhdudlaşdıran hüquqi biznes formasıdır. Bu həm kiçik, həm də orta biznes sahibləri üçün təhlükəsiz və sərfəli formadır.

 

MMC-nin üstünlükləri:

  • Məhdud məsuliyyət: Şirkətin borclarına görə şəxsi əmlakınız qorunur. Risk yalnız qoyduğunuz kapital ilə məhdudlaşır.

  • Etibarlılıq və peşəkar imic: MMC statusu partnyorlar, investorlar və müştərilər üçün etibarlı görünür.

  • Vergi və hesabat şəffaflığı: MMC üçün ayrı mühasibatlıq və vergi uçotu aparılır ki, biznes idarəçiliyi daha rahat olsun.

  • İnkişaf və genişlənmə imkanları: Gələcəkdə investor cəlb etmək, filial açmaq və biznesi böyütmək asanlaşır.


  •  

MMC açmaq üçün hansı addımlar lazımdır?

  1. Şirkət adının seçilməsi - Qeydiyyat üçün unikal və yaddaqalan ad seçin. Həmçinin, adın Azərbaycan Respublikasında qeydiyyatdan keçmədiyindən əmin olun.

  2. Sənədlərin hazırlanması - Təsis sənədi və nizamnaməni hazırlayın. Nizamnamədə şirkətin idarəetmə strukturu, üzvlərin hüquq və vəzifələri qeyd olunmalıdır.

  3. Qeydiyyat prosesi - Online sistem vasitəsilə MMC-nin qeydiyyatı həyata keçirilir. Bu proses bir gün ərzində tamamlanır. Eyni zamanda, dövlət orqanları tərəfindən tələb olunan ödənişləri yerinə yetirmək lazımdır.

  4. Vergi və digər tələblərin yerinə yetirilməsi - MMC qeydiyyatdan keçdikdən sonra vergi qeydiyyatı, mühasibatlıq sistemi və digər hüquqi tələblər təmin olunmalıdır. Peşəkar dəstək bu mərhələdə vacibdir.

  5. Bank hesabı açmaq - Şirkət üçün ayrıca bank hesabı açmaq və kapitalı bu hesaba köçürmək tələb olunur.

  6. Davamlı uyğunluğun təmin edilməsi - İllik hesabatların təqdim olunması, nizamnamədə dəyişikliklərin yenilənməsi və digər daxili və xarici tələblərin yerinə yetirilməsi biznesin davamlılığı üçün vacibdir.

 

MMC sizin üçün uyğundurmu?

Azərbaycanda MMC açmaq sadə və sürətlidir, amma hələ də düzgün addımların atılması, sənədlərin peşəkar hazırlanması və vergi və hüquq uyğunluğunun təmin olunması vacibdir. Əgər siz bir neçə sahibkarla işləyəcəksinizsə, MMC təhlükəsiz və sərfəli seçimdir. Azer Legal Group olaraq MMC açmaq prosesini sürətli və problemsiz şəkildə həyata keçirik!

Ətraflıbtn_right
20.04.2026

Bir çox sahibkarın üzləşdiyi ən böyük problem, biznesin gəlirliliyinin yüksək olmasına baxmayaraq, vergi ödənişlərindən sonra əldə qalan xalis mənfəətin gözləntilərdən aşağı olmasıdır. Bəs bunun əsl səbəbi nədir? Əksər hallarda cavab çox sadədir: Düzgün qurulmamış uçot sistemi.

 

Sənədləşdirilməyən hər xərc, itirilmiş mənfəətdir.

Biznesdə hər bir xərc, əgər düzgün sənədləşdirilməyibsə, vergi uçotu üçün "yox" hesab olunur. Vergi Məcəlləsinə görə, gəlirdən çıxılmayan xərclər vergi bazasını süni şəkildə artırır. Nəticədə, siz faktiki olaraq xərclədiyiniz vəsaitin üzərinə əlavə vergi yükü də gəlirsiniz. Sadə dillə desək sənədləşmə olmayan yerdə, vergi qənaəti yoxdur.

 

Düzgün uçot biznesinizə nə qazandırır?

Maliyyə uçotunun sadəcə qanunvericiliyin tələbi olduğunu düşünürsünüzsə, yanılırsınız. Peşəkar şəkildə qurulmuş uçot sistemi biznesiniz üçün aşağıdakı strateji üstünlükləri yaradır:

  • Vergi yükünün optimallaşdırılması: Bütün qanuni xərclərinizin uçota alınması nəticəsində vergi bazası dəqiqləşir və qanuni çərçivədə vergi öhdəliyiniz azalır.

  • Maliyyə şəffaflığı: Biznesinizin real gəlirliliyini və xərc strukturlarını anlıq izləyə bilmək, strateji qərarlar qəbul etməyi asanlaşdırır.

  • Riskdən sığortalanma: Səhv sənədləşmə və vergi uyğunsuzluqları gələcəkdə ciddi cərimələrlə üzləşməyinizə səbəb ola bilər. Nizamlı uçot sizi bu risklərdən qoruyur.

  • Güzəştlərdən istifadə: Qanunvericilikdə nəzərdə tutulan vergi güzəştlərindən və imtiyazlardan xəbərdar olmaq və onları tətbiq etmək yalnız dəqiq uçotla mümkündür.

 

Azerlegal ilə maliyyə azadlığına addım atın

Biz Azerlegal komandası olaraq, sahibkarların uçot və vergi yükü altında əzilən deyil, biznesin inkişafına fokuslanan liderlər olmasını hədəfləyirik.

Biz sizin üçün nə edirik?

  1. Sıfırdan uçotun qurulması: Biznesinizin növündən asılı olmayaraq, qanunvericiliyə uyğun uçot sistemini formalaşdırırıq.

  2. Proseslərin avtomatlaşdırılması: Xərc və gəlirlərin uçotunu şəffaf və asan idarəolunan hala gətiririk.

  3. Məsləhət və dəstək: Vergi risklərini minimuma endirir, büdcənizə qənaət etməyinizə kömək edirik.

Artıq vergi ödəməkdən yorulmusunuz, yoxsa biznesinizin maliyyə sağlamlığını təmin etmək istəyirsiniz? Gəlin, biznesinizin maliyyə uçotunu birlikdə qaydaya salaq. İlkin konsultasiya üçün bizimlə əlaqə saxlayın və biznesiniz üçün ən optimal vergi strategiyasını müəyyən edək.

Ətraflıbtn_right