searchclose
close
Haqqımızda
Azərlegal Group hüquq, vergi və mühasibatlıq, insan resursları və Logistika kimi əsas biznes sahələrini əhatə edən şirkətlər qrupudur.
Azərlegal Group hüquq, vergi və mühasibatlıq, insan resursları və Logistika kimi əsas biznes sahələrini əhatə edən şirkətlər qrupudur.

Şirkətlər qrupu Azərbaycanda əhatə etdiyi fəaliyyət sahələri  üzrə 100-dən çox müştəriyə xidmət göstərir.

Qrupa daxil olan şirkətlər öz sahələrində dərin təcrübəyə malikdirlər, bəziləri isə 10 ildən artıqdır fəaliyyət göstərir. Azərlegal Group çoxşaxəli və çoxsahəli biznes portfeli yaratmaq üçün bir peşəkar insan kapitalını araya gətirir və nəticədə onlar arasında strateji idarəetmə və kommunikasiyanı gücləndirir.

 

Qrup 2014-ci illərin əvvəllərində hüquq və mühasibatlıq sahəsində yaradılmış şirkətlər vasitəsilə yerli bazar iştirakçılarına xidmət göstərməyə başladı. Groupun sonrakı dövrlərdə cəlb etdiyi investisiyalar isə onun sürətlə böyümə və genişlənməsinə səbəb oldu.

 

Azərlegal Group 2018-ci ildə fərdi və korporativ müştərilərinə xidmət göstərmək üçün Azərlegal Groupun tərkibində beynəlxalq yük daşımaları istiqamətini yaradaraq portfelini genişləndirdi.

Group həmçinin yerli bazarda bir çox innovativ həllər və etibarlı xidmətlər təqdim edən müxtəlif yüksək texnologiyalı startapların hüquqlarının qorunması istiqamətində hüquqi məsləhət xidməti göstərməkdədir.

İnsan kapitalına olan yatırımlarımız sayəsində bu gün törəmə şirkətlərimizdə hər il təkmilləşmə kurslarında özlərini inkişaf etdirən peşəkar mütəxəssislər çalışmaqdadır. Bu da gələcəkdə Azərlegal Group olaraq müxtəlif biznes sahələrinə daxil olmaqla biznes fəaliyyətimizi genişləndirməyə imkan yaradacaq.

Məqsədimiz

Dəyərlərimiz