
Həyatında bir dənə də olsun məhkəmə qərarı olan şəxslər yaxşı bilirlər ki, əsas məhkəmədə uğur qazanmaq deyil. Əsl uğur məhkəmənin qərarından sonra icra prosesinin həyata keçirilməsidir. Təcrübələr göstərir ki, bir çox müştərilər bu prosesin hansı qaydada icra edilməsi ilə bağlı kifayət qədər məlumata sahib olmadıqları üçün qarşı tərəfdən məhkəmə qərarının icra olunmasını dava, hədə qorxu və digər yollarla tələb etməyə başlayır. Bu addımlar isə həmin şəxsləri yenidən məhkəmə qarşısına çıxarmış olur. Vaxtınızı və əsəblərinizi bu qərarların icrasına sərf etməklə, daha bir səhvə yol verməyin. Məhkəmə də uğur qazanmağınıza dəstək olduğumuz kimi bu işin icrasında da Sizi dəstəkləməyə hazırıq. Siz vaxtında müraciət edin ki, biz də Sizə vaxtında hüquqi dəstək göstərə bilək.
Niyə biz bu işləri yaxşı icra edə bilirik?
İnadkarlığımız var
Sirrləri bilirik
Perspektiv görürük
Təqib edirik
Form başlığı
Form alt başlığı
- Rəqabət hüququ üzrə hüquqi xidmətlər
Qeyri-sağlam rəqabət üsulları aşkar etmisinizsə, pozulmuş hüquqlarınızın bərpası üçün müraciət edə bilərsiniz.

- Mediasiya xidmətiƏtraflı
“Mən elə bir insanam ki, adımın məhkəmə orqanlarında olmasını heç istəmirəm”, “İşlədiyim yerdə adımın məhkəmədə hallandığını bilsələr məni işdən azad edə bilərlər”, “Məhkəmə üçün nə vaxtım, nə də enerjim var. Mümkündürsə bu işi məhkəməyə qədər həll edək” ifadələri Sizə də tanışdırsa, işinizi məhkəməyə qədər hüquqi yollarla həll olunmasını təmin edə bilərik.
Xidmətin üstünlükləri:

- Məhkəmədə təmsilçilikƏtraflı
Məhkəmədən qorxmaq deyil, ona doğru müraciət etmək lazımdır. Məhkəmə işləri üzrə Sizə Birinci instansiya, Apellyasiya instansiyası və Kassasiya instansiyası işləri üzrə prosesləri doğru şəkildə keçməyə dəstək göstərə bilərik.
“Dost dar gündə tanınar” misalındakı dar günün ən yaxın dostu əslində Sizi məhkəmədə təmsil edəcək vəkildir. Yaxın dostunuz isə bu məsələlərdə yalnız mənəvi dəstək göstərmək üçün yanınızda ola bilər. Bu xidmətin qısa təsviri belədir: “Siz üzləşdiyiniz problemlə bağlı bizə ətraflı məlumat verirsiniz, biz də Sizi məhkəmədə layiqincə təmsil edirik”. Bizim işimizin əsas məqsədi Sizi yoracaq sənədləşmə prosesləri, əlava adamlarla ünsiyyət, məhkəmə zallarında qarşı tərəfin xoş olmayan ifadələrindən qorumaq və məhkəmənin Sizin xeyrinizə qərar çıxartmasına nail olaq. Qarşılaşdığınız hadisənin növündən asılı olmayaraq vaxtında bizə müraciət edin ki, işin sonunda Sizə “keçmiş olsun” deyə bilək.
Sizin üçün hansı addımları ata bilərik?
