
Məhkəmədən qorxmaq deyil, ona doğru müraciət etmək lazımdır. Məhkəmə işləri üzrə Sizə Birinci instansiya, Apellyasiya instansiyası və Kassasiya instansiyası işləri üzrə prosesləri doğru şəkildə keçməyə dəstək göstərə bilərik.
“Dost dar gündə tanınar” misalındakı dar günün ən yaxın dostu əslində Sizi məhkəmədə təmsil edəcək vəkildir. Yaxın dostunuz isə bu məsələlərdə yalnız mənəvi dəstək göstərmək üçün yanınızda ola bilər. Bu xidmətin qısa təsviri belədir: “Siz üzləşdiyiniz problemlə bağlı bizə ətraflı məlumat verirsiniz, biz də Sizi məhkəmədə layiqincə təmsil edirik”. Bizim işimizin əsas məqsədi Sizi yoracaq sənədləşmə prosesləri, əlava adamlarla ünsiyyət, məhkəmə zallarında qarşı tərəfin xoş olmayan ifadələrindən qorumaq və məhkəmənin Sizin xeyrinizə qərar çıxartmasına nail olaq. Qarşılaşdığınız hadisənin növündən asılı olmayaraq vaxtında bizə müraciət edin ki, işin sonunda Sizə “keçmiş olsun” deyə bilək.
Sizin üçün hansı addımları ata bilərik?
İştirak edirik
Məlumat veririk
Yoxlayırıq
Nitqimizi yazırıq
Form başlığı
Form alt başlığı
- Rüblük və illik vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
Bu sənədlərin hazırlanması ilə bağlı bizə dəfələrlə xatırlatma etməyinizə gərək yoxdur. Bütün rüblük və illik vergi bəyannamələrin təqdim olunma vaxtını əzbər bilirik.

- İstehlakçı hüquqları üzrə hüquqi xidmətlər
Məhsul və ya xidmətindən narazı qaldığınız şirkət, iaşə obyektləri varsa, hüquqlarınızı qoruya bilərik.

- Sənədlərin hazırlanması üzrə hüquqi xidmətƏtraflı
Bu gün hüquqi sənədlərin hazırlanması ilə bağlı müxtəlif saytlardan çoxlu sayda nümunələr əldə edə bilərsiniz. Lakin burada əsəs məsələ həmin hüquqi sənəd nümunələrini tapmaq deyil, onları doğru şəkildə yazmaqdır. Uğursuz təcrübə yaşayan şəxslər birilirlər ki, hüquqi sənədlərin hazırlanması prosesində edilmiş xırda bir səhv, onlara bütün prosesləri yenidən başlamağa məcbur edib. Buna həmin şəxslərin yanlış orqanlara müraciət etməsi, iddia tələbində fikrin natamam olması, ərizələrin doğru yazılmaması və s. kimi səbəblər göstərmək olar. Bütün bu qeyri-peşəkar yanaşmalar məhkəmənin əleyhinizə qərar verməsi, tutduğunuz vəkilə “gedin sənədi düzgün yazın” deməklə, prosesin uzadılması ilə nəticələnir.
Biz xidmət çərçivəsində Sizə lazım olan iddia və digər ərizələrin yazılması, sadə və mürəkkəb müqavilələrin azərbaycan, ingilis dilində yazılması, nizamnamə və əsasnamələrin yazılması, vəsatətlərin yazılması, apellyasiya, kassasiya və digər şikayətlərin yazılması, vəkil, MAPS və digər sorğuların verilməsi, müxtəlif kateqoriyalı məktubların yazılması həyata keçiririk.
Sənədlərin hazırlanması işi üzrə nə təklif edirik?
