searchclose
close
İcra hüququ üzrə xidmət
none_image

Həyatında bir dənə də olsun məhkəmə qərarı olan şəxslər yaxşı bilirlər ki, əsas məhkəmədə uğur qazanmaq deyil. Əsl uğur məhkəmənin qərarından sonra icra prosesinin həyata keçirilməsidir. Təcrübələr göstərir ki, bir çox müştərilər bu prosesin hansı qaydada icra edilməsi ilə bağlı kifayət qədər məlumata sahib olmadıqları üçün qarşı tərəfdən məhkəmə qərarının icra olunmasını dava, hədə qorxu və digər yollarla tələb etməyə başlayır. Bu addımlar isə həmin şəxsləri yenidən məhkəmə qarşısına çıxarmış olur. Vaxtınızı və əsəblərinizi bu qərarların icrasına sərf etməklə, daha bir səhvə yol verməyin. Məhkəmə də uğur qazanmağınıza dəstək olduğumuz kimi bu işin icrasında da Sizi dəstəkləməyə hazırıq. Siz vaxtında müraciət edin ki, biz də Sizə vaxtında hüquqi dəstək göstərə bilək.

 

Niyə biz bu işləri yaxşı icra edə bilirik?

İnadkarlığımız var

Portfoliomuzda elə məhkəmə qərarları olub ki, onların icrasını təmin etmək üçün qarşı tərəfi addım-addım izləmişik. Hər bir işi necə həll edəcəyimizi yaxşı bildiyimiz üçün yuxarı instansiyalara kimi gedə bilirik. Bizim üçün əsas işinizi həll edib, uğurlu bir təcrübə kimi portfoliomuza daxil etməkdir.

Sirrləri bilirik

Hər sahədə olduğu kimi icra işlərinin də özünün görünməyən tərəfləri mövcuddur. Biz də qarşı tərəfin yol verə biləcəyi boşluqları bildiyimiz üçün işin uğurla nəticələnəcəyinə inanırıq. Bu işin əsas hissəsini diqqət və zamanında müraciət təşkil edir.

Perspektiv görürük

Əlinizi üzdüyünüz işlərdə biz perspektiv görürük. Bunun iki səbəbi var: Birinci səbəb artıq təcrübəmizdə bu kimi vəziyyətlə qarşılaşmış olmağımız, ikinci səbəb isə qarşı tərəfin özü də bilmədən yol verdiyi yanlışlığını görməməsidir. Belə olduğu halda məsələ Sizin xeyrinizə həll olunacaq.

Təqib edirik

Bir çox işlərdə yanlışlıq birbaşa olaraq sənədləşmədən başlayır. Sənədi müvafiq orqanlara çatdıranlar hüquq şirkəti qədər məsuliyyətli olmadığı üçün biz onların işini də təqib edirik ki, sənədlər vaxtında və doğru şəxslərə çatdırılmış olsunlar. Bu məsələnin özü də işin icra olunma sürətinə ciddi təsir edir.

Form başlığı

Form alt başlığı

  • 010
  • 050
  • 051
  • 099
  • 055
  • 060
  • 070
  • 077
Digər xidmətlər
Bütün xidmətlər
  • İstehlakçı hüquqları üzrə hüquqi xidmətlər

    Məhsul və ya xidmətindən narazı qaldığınız şirkət, iaşə obyektləri varsa, hüquqlarınızı qoruya bilərik.

    azerlegal_big
  • Mühasibat və vergi uçotunun aparılması

    Mövcud və ya yeni yaradacağınız şirkətin mühasibatlıq, o cümlədən vergidə qeydiyyata alınması, hesablanması və digər prosedurları doğru şəkildə icra edirik.

    azerlegal_big
  • İnzibati xətalar üzrə hüquqi xidmət

    “Birinci mərtəbədə olan evimi obyekt etmək istəyirəm amma imkan vemirlər”, “xəbərim olmadan vergi orqanlarında adıma VÖEN açıblar, indi də adıma cərimə gəlib”, “evimin kupça məsələsini həll edə bilmirəm”, və s. kimi məsələlər inzibati xəta hesab olunur. Sizi təqsirləndirən şəxs və ya şəxslər ifadələrində “İnzibati xətalar məcəlləsi” söz birləşməsi işlətdiyi andan etibarən bizə kömək üçün müraciət etməyiniz məsləhətdir. Yuxarıda sadalanan və məhkəmə orqanlarına aid olmayan problemləri həll etmək bizə sadəcə etibarnamə verməyini kifatərdir ki, Sizin yerinizə bütün işləri həll edə bilək.

     

    Xidmətin üstünlükləri:

    Ətraflırightazerlegal_big