searchclose
close
Əmlak hüququ üzrə xidmət
none_image

Azərbaycanda əmlak məsələləri üzrə məhkəməyə müraciət edənlərin sayında hər il 8-10% artım müşahidə olunur. İl ərzində xəbər saytlarında dərc olunan məqalələrə diqqət etməyiniz kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu görə biləsiniz. Özünüzü o statistikaların, xəbərlərin dıaqarası qəhrəmanı kimi görmək istəmirsinizsə məsələləri hüquqi yollarla həll etməyinizi tövsiyə görürük. Biz Sizin hər qanundan kənar atdığınız addıma görə sonradan əziyyət çəkməyinizi istəmirik. Əmlakın bölgüsü, alqı-satqısı, torpaq sahələrinin təyinatının dəyişdirilməsi, kupça və digər sənədlərin alınması  prosesləri Sizə asan gəlsə də, gözünüzdən qaçan məsələlər sonradan Sizin üçün böyük baş ağrısına çevrilə bilər.

 

Bu işlərdə niyə ehtiyatlı olmağınızı tövsiyə edirik? 

Sonrakı peşmançılıq

Atdığınız hər bir addım, emosional hərəkət qanundan kənardırsa və qarşı tərəfdə bunu görürsə mütləq şəkildə bu addımları Sizə qarşı istifadə etmiş olacaq. Nəticədə məsələnin hüquqi baxımından həll olunması çətinləşəcək. Ona görə də hüquqi dəstək almadan işlər görməyinizi tövsiyə etmirik.

Maliyyə itkisi

Bir çox hallarda insanlar qənaət etmək məqsədi ilə əmlak məsələlərini heç bir rəsmiləşmə və hüquqi dəstək almadan həyata keçirirlər. Bu qənaet mexanizmi isə sonrada iki qat xərcə düşmə formasında özünü göstərir. Necə deyərlər əmlak məsələlərində hüquq dəstək almadan hər hansı bir sənədə imza atmağı tövsiyə etmirik.

Söz və Vəd vermə

“Sözümüz sözdür” məsəli hüquq sahəsinin tam da inkişaf etmədiyi dövrlərə təsadüf edib. Bu gün əmlak məsələlərində ortaq məxrəcə gəlmək üçün Sizə verilən istənilən söz və vəd yazılı, möhürlü deyilsə, onun heç bir hüquqi dəyəri yoxdur. Sözlərə deyil, sənədlərə inanmağı tövsiyə edirik.

Saxta sənədlər

Təcrübəmizdə kifayət qədər saxtalaşdırılmış sənədlər görmüşük. Əgər hüquq təhsiliniz və ya bu sahə üzrə kifayət qədər təcrübəniz yoxdursa, hər sənədə “original sənəd” kimi baxmamağı tövsiyə edirik. Çünki söhbət Sizin əmlakınızın əlinizdən alınmasından gedə bilər.

İnzibati xətalar üzrə hüquqi xidmətlər

İşiniz məhkəməlik deyilsə, biz mütləq həll edəcəyik.

Form başlığı

Form alt başlığı

  • 010
  • 050
  • 051
  • 099
  • 055
  • 060
  • 070
  • 077
Digər xidmətlər
Bütün xidmətlər
  • Mühasibat və vergi uçotunun aparılması

    Mövcud və ya yeni yaradacağınız şirkətin mühasibatlıq, o cümlədən vergidə qeydiyyata alınması, hesablanması və digər prosedurları doğru şəkildə icra edirik.

    azerlegal_big
  • İcra və Probasiya işləri

    Məhkəmə Sizin xeyrinizə qərar çıxardıb və o qərar hər hansı bir səbəbdən icra olunmursa, o zaman icazənizlə o işin icrası ilə biz məşğul olaq. Bu günə kimi 200-dən çox məhkəmə qərarlarının icra edilməsinə nail olmuşuq.

    azerlegal_big
  • Cinayət işləri üzrə hüquqi xidmətlər

    Vaxtında müraciət edən şəxslərin hüquqlarını qorumağa hazırıq.
    Dəniz hüququ üzrə xidmətlər

    azerlegal_big