Mediasiya xidməti

“Mən elə bir insanam ki, adımın məhkəmə orqanlarında olmasını heç istəmirəm”, “İşlədiyim yerdə adımın məhkəmədə hallandığını bilsələr məni işdən azad edə bilərlər”, “Məhkəmə üçün nə vaxtım, nə də enerjim var. Mümkündürsə bu işi məhkəməyə qədər həll edək” ifadələri Sizə də tanışdırsa, işinizi məhkəməyə qədər hüquqi yollarla həll olunmasını təmin edə bilərik.
Xidmətin üstünlükləri:
Gözləntiləri deyirik
Hər iki tərəf məhkəmədə hakimlərin səsləndirə biləcəyi qərarları əvvəlcədən bilmək istəyir. Hüquq sahəsi üzrə təcrübəmizdə oxşar hadisələr olduğu üçün tərəfləri məhkəmədə və məhkəmədən sonra nələr gözlədiyini açıqlaya bilirik.
Razı salırıq
Biz hər iki tərəfin məhkəmə olduğu təqdirdə hansı risklər və vaxt itkisi ilə üzləşəcəyi ilə bağlı məlumat veririk. Ona görə də danışıqları məhkəməyədək hüquqi həllini təklif edərək tərəfləri razı sala bilirik.
Həll edirik
Bizim üçün yaranmış məsələnin hər iki tərəf üçün ədalətli şəkildə həll olunması önəmlidir. Biz inanırıq ki, istənilən işdə əsəblərinizi korlamadan, vaxtınızı boş yerə sərf etmədən ortaq məxrəcə gəlmək üçün yollar təqdim edə bilərik.
İmicinizi qoruyuruq
Cəmiyyətdə, iş mühitində olan statusunuzu qorumaq Sizin üçün önəmlidirsə, o zaman bu xidmət Sizin üçün ən yaxşı seçimdir. Söz-söhbətlərin daha çox yerə yayılmaması və imicinizi qorumaq üçün üçün əlimizdən gələni etməyə hazırıq.
Form başlığı
Form alt başlığı
Digər xidmətlər
Bütün xidmətlər- Cinayət işləri üzrə hüquqi xidmətlər
Vaxtında müraciət edən şəxslərin hüquqlarını qorumağa hazırıq.
Dəniz hüququ üzrə xidmətlər
- İstehlakçı hüquqları üzrə hüquqi xidmətlər
Məhsul və ya xidmətindən narazı qaldığınız şirkət, iaşə obyektləri varsa, hüquqlarınızı qoruya bilərik.

- Rəqabət hüququ üzrə hüquqi xidmətlər
Qeyri-sağlam rəqabət üsulları aşkar etmisinizsə, pozulmuş hüquqlarınızın bərpası üçün müraciət edə bilərsiniz.
