searchclose
close
Audit Xidməti
none_image

Bir çox sahibkarların onların bizneslərini audit etmək üçün gələn şirkət mütəxəssislərindən narazı olduqları ilə bağlı əlimizdə kifayət qədər məlumat var. Bu məlumatlar toplusu analiz etdikcə başa düşürük ki, əksər hallarda sahibkarların narazılıqlarının haqqlı tərəfləri daha çox üstünlük təşkil edir. Aşağıda qeyd olunan narazılıqların səbəbi Sizin üzləşdiklərinizlə üst-üstə düşürsə, deməli Sizi daha yaxşı anlayırıq.

Birinci narazılıq: Audit xidməti göstərən şirkətlərin bu iş üçün təyin etdiyi mütəxəssislər sahibkarın biznesini köklü şəkildə audit edə bilmir. Bunun əsas səbəbi auditorların sahibkarın biznes fəaliyyətini dəridən başa düşməmələridir ki, bu da ortaya çıxacaq nəticələri sual altında alır.

 

İkinci narazılıq: Audit edən şirkətlər tərəfindən təyin olunan auditorlar sahibkarın biznesində olan yeyinti nöqtələrini bilməlidir. Ancaq bu halda yoxlamalar öz müsbət nəticələrini verə, sahibkarın üzləşdiyi riskləri minimuma endirə bilər.

 

Üçüncü narazılıq: Bir yoxlama strategiyasının bütün biznes fəaliyyət növlərinə tətbiq olunması da, sahibkarlar üçün riskli nöqtədir. Audit xidməti göstərən şirkət hər bir biznes fəaliyyətini yoxlamaq üçün həmin biznesə aid öz strategiyasını qurmalıdır.

 

Bütün bu məsələləri qeyd etməkdə məqsədimiz Sizin hansı nöqtələrlə bağlı əziyyət çəkdiyinizi anladığımızı göstərməkdir. Azərlegal Group Audit şirkəti ilə bütün bu boşluqları aradan qaldırmağı təklif edirik. Biz təkcə təqdim etdiyiniz rəqəmləri deyil, risklərinizi və biznes proseslərinizi də audit edirik. Şirkətinizə bir auditor kimi deyil, sahibkar kimi yanaşmağı daha üstün tuturuq.

 

Azərlegal Group Audit olaraq nələri və niyə audit edirik:

Sənədlərin düzgünlüyünün yoxlanması

Bu yoxlanılma prosesi kənardan rahat və asan görülsə də, əslində şirkətin növbəti mərhələlərdəki işinə necə ciddi təsir edə biləcəyini başa düşürük.

Uyğunsuzluqların aradan qaldırılması

Bu işi düzgün şəkildə həyata keçirmək üçün fəaliyyət sahənizi anlamağa, Sizin kimi düşünməyi bacarmalı olduğumuzu bilirik.

İllik dövriyyə balansının tərtib olunması və analizi

Analiz nəticələrinin hər iki tərəfi qane etməsi üçün bütün diqqətimizi bu işə fokuslamalı olduğumuzu yaxşı anlayıriq.

Auditor rəyinin verilməsi

Hazırladığımız sənədlər əsasında auditor rəyi almamağınız üçün hər hansı bir səbəb görmürük.

Müəssisənin əsas vəsaitlərinin və mal qalığının inventarizasiyası

Nəyim və nəyim yoxdur deyən biznes sahibləri üçün aktivlərini siyahıya alaraq sənədləşdirib təqdim edə bilərik.

Fərqli biznes sahələri

Biz bütün biznesləri eyni prinsiplər əsasında audit etmirik. Fəaliyyət sahəniz otelçilikdirsə, biz onu istehsalatın yoxlanılması üçün tətbiq etdiyimiz qaydalar əsasında yoxlamırıq. Başa düşürük ki, bu həm Sizin, həm də bizim imic üçün mənfi nəticələnə bilər.

Kənardan baxırıq

Biz adətən şirkəti kənardan araşdırıb daha sonra öz işimizə başlayırıq. Bu metod bizə təmsil etdiyiniz şirkəti və ya biznes fəaliyyətini daha yaxından anlamağa və boşluqları görməyə imkan yaradır.

Təcrübə

Sizin şirkətə göndərəcəyimiz əməkdaşlar nəzəriyyəçi deyil, biznesinizi anlayan mütəxəssislərdir. Onların ünvanlayacağı suallar Sizə təcrübəmizin nə qədər böyük olduğundan xəbər verəcək.Təcrübələrimizi Sizinlə də paylaşmağa hazırıq.

Sertifikatlar

Təbii məsələdir ki, audit xidmətini həyata keçirmək üçün müvafiq sertifikatlarımız da mövcuddur. Bu məsələni axırda qeyd etməyimizin səbəbi məsələlərin kökündə təkcə sertifikat deyil, biznesi anlamaq olduğunu göstərməkdir.

Form başlığı

Form alt başlığı

  • 010
  • 050
  • 051
  • 099
  • 055
  • 060
  • 070
  • 077
Digər xidmətlər
Bütün xidmətlər
  • Əmlak hüququ üzrə xidmət

    Azərbaycanda əmlak məsələləri üzrə məhkəməyə müraciət edənlərin sayında hər il 8-10% artım müşahidə olunur. İl ərzində xəbər saytlarında dərc olunan məqalələrə diqqət etməyiniz kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu görə biləsiniz. Özünüzü o statistikaların, xəbərlərin dırnaqarası qəhrəmanı kimi görmək istəmirsinizsə məsələləri hüquqi yollarla həll etməyinizi tövsiyə görürük. Biz Sizin hər qanundan kənar atdığınız addıma görə sonradan əziyyət çəkməyinizi istəmirik. Əmlakın bölgüsü, alqı-satqısı, torpaq sahələrinin təyinatının dəyişdirilməsi, kupça və digər sənədlərin alınması  prosesləri Sizə asan gəlsə də, gözünüzdən qaçan məsələlər sonradan Sizin üçün böyük baş ağrısına çevrilə bilər.

     

    Bu işlərdə niyə ehtiyatlı olmağınızı tövsiyə edirik? 

    Ətraflırightazerlegal_big
  • Məhkəmədə təmsilçilik

    Məhkəmədən qorxmaq deyil, ona doğru müraciət etmək lazımdır. Məhkəmə işləri üzrə Sizə Birinci instansiya, Apellyasiya instansiyası və Kassasiya instansiyası işləri üzrə prosesləri doğru şəkildə keçməyə dəstək göstərə bilərik.

    “Dost dar gündə tanınar” misalındakı dar günün ən yaxın dostu əslində Sizi məhkəmədə təmsil edəcək vəkildir. Yaxın dostunuz isə bu məsələlərdə yalnız mənəvi dəstək göstərmək üçün yanınızda ola bilər. Bu xidmətin qısa təsviri belədir: “Siz üzləşdiyiniz problemlə bağlı bizə ətraflı məlumat verirsiniz, biz də Sizi məhkəmədə layiqincə təmsil edirik”. Bizim işimizin əsas məqsədi Sizi yoracaq sənədləşmə prosesləri, əlava adamlarla ünsiyyət, məhkəmə zallarında qarşı tərəfin xoş olmayan ifadələrindən qorumaq və məhkəmənin Sizin xeyrinizə qərar çıxartmasına nail olaq. Qarşılaşdığınız hadisənin növündən asılı olmayaraq vaxtında bizə müraciət edin ki, işin sonunda Sizə “keçmiş olsun” deyə bilək.

     

    Sizin üçün hansı addımları ata bilərik?

    Ətraflırightazerlegal_big
  • Ailə məsələləri üzrə xidmətlər

    Sizə aid olanları (azadlıq, əmlak, uşaq və s.) geri qaytarmaq üçün Sizə müdafiə edə bilərik.

    azerlegal_big