
Bu illər ərzində insanların 18000-dən çox suallarını cavablandırdıq.
Bu gün Sizin verdiyiniz suallara yerində və doğru şəkildə cavab verə biliriksə, bu hüquq sahəsi üzrə təcrübəmizin çox olmasından irəli gəlir. Sizi düzgün istiqamətə yönləndirmək, üzləşdiyiniz çətinlikləri doğru qiymətləndirmək üçün hər birimiz həyatımızın 5 ilini hüquqi təhsil alıb, 2 ilini müxtəlif təlim və konfranslarda iştirak edib, 7 ilini müxtəlif hüquqi işləri icra etməklə qazanmışıq. Bütün bunların fonunda bir çox müştərilərin hüquqi konsultasiya xidmətinə “Bir söz soruşmağa görə də pul istəyirsiniz” fikri ilə yanaşması bizi çox məyus edir. Biz fəaliyyəti tənzimlənməyən hüquq şirkətlərinin Sizləri çox incitdiklərini də bilirik. Kifayət qədər təcrübəsi olmayan hüquq təmsilçilərinin düşdüyünüz vəziyyətdən istifadə edərək etibarınızdan sui-istifadə etdiklərindən də xəbərdarıq. İşinizi həll edəcəyik deyib vəsaitlərinizi alıb Sizi yarı yolda qoyanları da yaxşı tanıyırıq. Biz bütün bunlar üçün təəssüf edir və belə halların bizim şirkətdə yaşanmaması üçün insanlara doğru hüquqi məsləhət verməyə çalışırıq.
Unutmayın, Siz doğru hüquqi məsləhət almağınız üçün ödəniş edirsiniz. Bu ödənilşləri illər ərzində əldə etdiyimiz bilik və təcrübələrimizə olan yatırımların qarşılığı olaraq dəyərləndiririk.
Qeyd. Hüquqi konsultasiya üzrə qiymətlər görüləcək işin həcminə, o cümlədən seçilmiş xidmətə görə sual hesabı, saatlıq, aylıq əsasında hesablanır. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Sizə hüquqi konsultasiya xidmətinin aşağıdakı növlərini təklif edirik:
Şifahi konsultasiya
Yazılı konsultasiya
Daimi məsləhət
Form başlığı
Form alt başlığı
- Səhmdarların hüquqları üzrə xidmətlər
Şəriklər arasında baş verən prosesləri, O cümlədən səhmdarların hüquqlarının inzibati və ya məhkəmə qaydasında müdafiə edirik.
Məhkəmə işləri
- Cinayət işləri üzrə hüquqi xidmətlər
Vaxtında müraciət edən şəxslərin hüquqlarını qorumağa hazırıq.
Dəniz hüququ üzrə xidmətlər
- Nostrifikasiya xidməti
Bu xidmətin adı Sizə qəliz gəlsə də xaricdə təhsil alıb diplomu Azərbaycanda tanınmayan tələbələr üçün doğma termindir. Təhsil nazirliyi ilə notariuslar arasında qalıb vaxt itirmək istəməyən tələbələr üçün işin hüquqi yol ilə həll olunmasını təklif edirik.
