searchclose
close
Xidmətlər
Mütəxəssis məsləhəti ilə biznesinizi gücləndirin. "Azər Legal Group" MMC olaraq biz sizin uğurunuzu təmin etmək üçün fərdiləşdirilmiş həllər və strateji təlimat təklif edirik. Etibarlı tərəfdaşınız olaraq bizi seçin və biznesinizi yeni zirvələrə aparın.
  • Mühasibat uçotu və vergi sahəsi üzrə məsləhətlərin verilməsi

    Siz nə qədər sual versəniz, bir o qədər Sizin üçün dəyərli və faydalı olduğumuzu hiss edəcəyik. Ona görə də məsləhət verməyə hazırıq.

    azerlegal_big
  • Korporativ Hüquq Xidmətləri

    Biz artıq 10 ildən çoxdur ki, yerli bazarda fəaliyyət göstərən sahibkarları üzləşdikləri vergi sanksiyaları, artıq vergi hesablamaları, qanunsuz səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, Kameral yoxlanışlar və digər qanunsuzluqlardan qorxmağa davam edirik. Onlar üçün qənaət etdiyimiz vəsaitlərin ümumi məbləğinin hər il üçün 100 000 AZN dən çox  təşkil etməsi onların inkişafına olan töhfəmizin göstəricisi kimi qiymətləndiririk. Biz inanırıq ki, yerli bazar iştirakçılarının korporativ hüquqlarını qorumaqla həm bazarı şəffaflaşdırır, həm də sahibkarların inkişafına təkan veririk.

     


    Şirkətlə bağlı hüquqi prosedurları təməldən doğru şəkildə formalaşdırmaq istəyən sahibkarlar üçün MMC, ASC, QSC, İctimai birliklərin yaradılması həyata keçirə bilərik. Xidmət həmçinin mövcud müəssisini ləğv etmək, təsis sənədlərində dəyişiklik etmək, müəssisə daxili digər sənədlərin hazırlanmasını istəyən bazar iştirakçıları üçün də faydalı ola bilər. Korporativ hüquq xidməti çərçivəsində müflisləşmə, patentləşmə lisenziyaların, icazələrin alınması istiqamətində də dəstək göstərə bilərik.

     


    Bu xidmətindən istifadə edənlər üçün nə edirik?

    Ətraflırightazerlegal_big
  • Vergi, DSMF və statistika üçün hesabatların hazırlanması

    Bu üç dövlət qurumunun müvafiq sistemində daha yaxşı mövqe tutmağın yollarını digərlərindən daha yaxşı bilirik. Bu barədə öz şirkətimizi nümunə göstərə bilərik.

    azerlegal_big
  • Rüblük və illik vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi

    Bu sənədlərin hazırlanması ilə bağlı bizə dəfələrlə xatırlatma etməyinizə gərək yoxdur. Bütün rüblük və illik vergi bəyannamələrin təqdim olunma vaxtını əzbər bilirik.

    azerlegal_big
  • Əmlak hüququ üzrə xidmət

    Azərbaycanda əmlak məsələləri üzrə məhkəməyə müraciət edənlərin sayında hər il 8-10% artım müşahidə olunur. İl ərzində xəbər saytlarında dərc olunan məqalələrə diqqət etməyiniz kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu görə biləsiniz. Özünüzü o statistikaların, xəbərlərin dırnaqarası qəhrəmanı kimi görmək istəmirsinizsə məsələləri hüquqi yollarla həll etməyinizi tövsiyə görürük. Biz Sizin hər qanundan kənar atdığınız addıma görə sonradan əziyyət çəkməyinizi istəmirik. Əmlakın bölgüsü, alqı-satqısı, torpaq sahələrinin təyinatının dəyişdirilməsi, kupça və digər sənədlərin alınması  prosesləri Sizə asan gəlsə də, gözünüzdən qaçan məsələlər sonradan Sizin üçün böyük baş ağrısına çevrilə bilər.

     

    Bu işlərdə niyə ehtiyatlı olmağınızı tövsiyə edirik? 

    Ətraflırightazerlegal_big
  • Şirkətin maliyyə hesabatlarının hazırlanması

    Sizin üçün önəmli olan maliyyə hesabatlarının həm şirkətə, həm də müvafiq qurumlara görə vaxtında və düzgün hazırlanması olduğunu bilirik.

    azerlegal_big
  • Miqrasiya hüququ üzrə xidmətlər

    Ölkəyə gəlmək və ölkədən getmək istəyənlər üçün hüquq xidmətinin göstərilməsi həyata keçiririk.

    azerlegal_big
  • Audit Xidməti

    Bir çox sahibkarların onların bizneslərini audit etmək üçün gələn şirkət mütəxəssislərindən narazı olduqları ilə bağlı əlimizdə kifayət qədər məlumat var. Bu məlumatlar toplusu analiz etdikcə başa düşürük ki, əksər hallarda sahibkarların narazılıqlarının haqqlı tərəfləri daha çox üstünlük təşkil edir. Aşağıda qeyd olunan narazılıqların səbəbi Sizin üzləşdiklərinizlə üst-üstə düşürsə, deməli Sizi daha yaxşı anlayırıq.

    Birinci narazılıq: Audit xidməti göstərən şirkətlərin bu iş üçün təyin etdiyi mütəxəssislər sahibkarın biznesini köklü şəkildə audit edə bilmir. Bunun əsas səbəbi auditorların sahibkarın biznes fəaliyyətini dəridən başa düşməmələridir ki, bu da ortaya çıxacaq nəticələri sual altında alır.

     

    İkinci narazılıq: Audit edən şirkətlər tərəfindən təyin olunan auditorlar sahibkarın biznesində olan yeyinti nöqtələrini bilməlidir. Ancaq bu halda yoxlamalar öz müsbət nəticələrini verə, sahibkarın üzləşdiyi riskləri minimuma endirə bilər.

     

    Üçüncü narazılıq: Bir yoxlama strategiyasının bütün biznes fəaliyyət növlərinə tətbiq olunması da, sahibkarlar üçün riskli nöqtədir. Audit xidməti göstərən şirkət hər bir biznes fəaliyyətini yoxlamaq üçün həmin biznesə aid öz strategiyasını qurmalıdır.

     

    Bütün bu məsələləri qeyd etməkdə məqsədimiz Sizin hansı nöqtələrlə bağlı əziyyət çəkdiyinizi anladığımızı göstərməkdir. Azərlegal Group Audit şirkəti ilə bütün bu boşluqları aradan qaldırmağı təklif edirik. Biz təkcə təqdim etdiyiniz rəqəmləri deyil, risklərinizi və biznes proseslərinizi də audit edirik. Şirkətinizə bir auditor kimi deyil, sahibkar kimi yanaşmağı daha üstün tuturuq.

     

    Azərlegal Group Audit olaraq nələri və niyə audit edirik:

    Ətraflırightazerlegal_big
  • Vergi yoxlamalarının müşayət edilməsi

    Narahat olmağınıza əsas yoxdur. Vergi yoxlanışları zamanı da Sizi müşayət etməyə və qarşı tərəfin yaranan suallarını cavablandırmaq üçün yanınızda olacağıq.

    azerlegal_big