searchclose
close
Vergi və Mühasibatlıq xidməti
none_image

Sizi qorxutmaq istəmirik lakin statistikaya görə bu gün ölkədə fəaliyyət göstərən 10 sahibkardan 6-sı vergidən yayınma halları ilə üz-üzə qalmaqdadır. Belə bir statistikanın formalaşmasının bir neçə yaranma səbəbini də açıqlaya bilərik. Oxuyacağınız səbəblərdən biri və ya bir neçəsi yaşadığınız hallarla eynilik təşkil edirsə, o zaman yanaşmanızı dəyişmək zamanıdır.

 

Birinci səbəb: Bir çox sahibkarlar təbii  olaraq maliyyə və mühasibatlıq sahələrini dərindən mənimsəmədikləri, baş verən yenilik və risklərdən xəbərdar olmadıqları üçün mühasib seçimində yanılırlar. Nəticədə qeyri-peşəkar mühasib seçimi onları vergi orqanları ilə üz-üzə qoyur.

 

İkinci səbəb: Xərclərini optimallaşdırmaq məqsədilə hər şeyi öz əlində cəmləşdirmək yolun seçən sahibkarlar bir çox hallarda vergi orqanları qarşısında götürdüyü öhdəlikləri vaxtında icra edə bilməmələri səbəbi ilə imiclərinə ciddi zərbə vururlar. Bu yanaşma da öz növbəsində şirkətin bazardakı mövqeyinə təsir edir.

 

Üçüncü səbəb: Mühasibatlıq xidmətini autsors (kənardan xidmət alma) edən sahibkarların bir çoxu bu xidməti tam şəkildə almaqdan imtina edirlər. Xərclərə qənaət məqsədilə atılan bu addım nəticəsində şirkətə xidmət göstərən mühasibatlıq şirkəti ona tam xidmət vermir və sahibkarın üzləşə biləcəyi risklər barəsində məlumatlandırmır. Bu yanaşmanın sonunun da nəticələndiyini Siz artıq bilirsiniz.

 

Yuxarıda qeyd olunan hallar bugünkü bazarın reallıqlarını əks etdirir. Azərlegal Group Mühasibatlıq şirkəti olaraq bu nümunələri göstərməkdə məqsədimiz, yerli bazar iştirakçılarının hansı risklərə getdiklərindən xəbərdar olduğumuzu diqqətə çatdırmaqdır. Qrupun tərkibində fəaliyyət göstərən bir şirkət kimi bu xoşagəlməz hadisələrin qurbanı olmamaq üçün Sizə mühasibatlıq xidmətlərimizi təklif edirik.

 

Müştərilərin bizim mühasibatlıq xidmətinə üstünlük verməsinin səbəbləri:

Qoruduqlarımız

Bu günə kimi 50-dən çox müştərinin mühasibatlığında olan yanlışlıqları, riskləri aradan qaldıraraq ümumilikdə 3 milyon 200 mindən manatdan çox vergi yükündən azad olmasına dəstək olmuşuq. 20-dən çox müştərinin isə vergiyə 2 milyon 360 min manat əlavə vəsait ödəməsinin qarşısını almışıq.

Maarifləndirmişik

Bizə müraciət edən müştərilərin hər birindən təkcə maddi maraq güdmədiyimiz üçün onların üzləşdiyi bir çox vergi və mühasibatlıq problemləri ilə bağlı suallarını cavablandırmışıq. Azərlegal Group Mühasibatlıq şirkəti olaraq həmin müştərilərin uzaq perspektivdə bizim potensial müştərilər olacağına inanırıq.

Yatırım edirik

Şirkətlərin mühasibatlıq və vergi məsələləri üzrə çətinliklərinin araşdırılmasına da yatırım edirik. Bu bizə həm kadr siyasətimizi təkmilləşdirməyə, həm də yerli sabibkarlara göstərdiyimiz xidmətin keyfiyyətini üst mərhələyə qaldırmağa kömək edir.

Qarşılıqlı işləyirik

Müştərilərimizin maliyyə resurslarının doğru idarə olunmasının bizə bağlı olduğunu yaxşı anlayırıq. Ona görə də baş verən yeniliklərdən vaxtında xəbər tutmaq məqsədilə vergi və digər müvafiq orqanları ilə daim əlaqədə oluruq.

Form başlığı

Form alt başlığı

  • 010
  • 050
  • 051
  • 099
  • 055
  • 060
  • 070
  • 077
Digər xidmətlər
Bütün xidmətlər
  • Səhmdarların hüquqları üzrə xidmətlər

    Şəriklər arasında baş verən prosesləri, O cümlədən səhmdarların hüquqlarının inzibati və ya məhkəmə qaydasında müdafiə edirik.
    Məhkəmə işləri

    azerlegal_big
  • Korporativ-hüquqi xidmətlər

    Bu xidmət daha çox şirkət və şirkətlərlə münasibətləri pis olanlar üçün nəzərdə tutulmuşdur.

    azerlegal_big
  • Vərəsəlik hüququ üzrə xidmətlər

    Sizə vəsiyyət olunmuş hansı bir əmlak, torpaq və ya vəsaiti ala bilmirsinizsə, onu qanuni yolla Sizə qaytara bilərik.

    azerlegal_big