searchclose
close
Konsultasiya xidməti
none_image

Bu illər ərzində insanların 18000-dən çox suallarını cavablandırdıq.
Bu gün Sizin verdiyiniz suallara yerində və doğru şəkildə cavab verə biliriksə, bu hüquq sahəsi üzrə təcrübəmizin çox olmasından irəli gəlir. Sizi düzgün istiqamətə yönləndirmək, üzləşdiyiniz çətinlikləri doğru qiymətləndirmək üçün hər birimiz həyatımızın 5 ilini hüquqi təhsil alıb, 2 ilini müxtəlif təlim və konfranslarda iştirak edib, 7 ilini müxtəlif hüquqi işləri icra etməklə qazanmışıq. Bütün bunların fonunda bir çox müştərilərin hüquqi konsultasiya xidmətinə “Bir söz soruşmağa görə də pul istəyirsiniz” fikri ilə yanaşması bizi çox məyus edir. Biz fəaliyyəti tənzimlənməyən hüquq şirkətlərinin Sizləri çox incitdiklərini də bilirik. Kifayət qədər təcrübəsi olmayan hüquq təmsilçilərinin düşdüyünüz vəziyyətdən istifadə edərək etibarınızdan sui-istifadə etdiklərindən də xəbərdarıq. İşinizi həll edəcəyik deyib vəsaitlərinizi alıb Sizi yarı yolda qoyanları da yaxşı tanıyırıq. Biz bütün bunlar üçün təəssüf edir və belə halların bizim şirkətdə yaşanmaması üçün insanlara doğru hüquqi məsləhət verməyə çalışırıq.

 


Unutmayın, Siz doğru hüquqi məsləhət almağınız üçün ödəniş edirsiniz. Bu ödənilşləri illər ərzində əldə etdiyimiz bilik və təcrübələrimizə olan yatırımların qarşılığı olaraq dəyərləndiririk.

 

Qeyd. Hüquqi konsultasiya üzrə qiymətlər görüləcək işin həcminə, o cümlədən seçilmiş xidmətə görə sual hesabı, saatlıq, aylıq əsasında hesablanır. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.


Sizə hüquqi konsultasiya xidmətinin aşağıdakı növlərini təklif edirik:

Şifahi konsultasiya

Üzləşdiyiniz problemlərlə bağlı hüquqi dəstək almaq üçün Sizi həm onlayn (telefon, müxtəlif görüntülü və görüntüsüz danışıq proqramları vasitəsilə), həm də oflayn formatda (ofisimizə yaxınlaşmaqla) dinləyə bilərik.

Yazılı konsultasiya

Fikirlərini şifahi olaraq ifadə etməkdə çətinlik çəkən müştərilərimiz öz müraciətlərini yazılı formada da göndərə bilərlər. Müraciətlərinizi istər onlayn platformalar (e-poçt ünvanı, sosial şəbəkələr) üzərindən, istərsə də kağız formatında bizim ofis ünvanımızda qəbul etməyə hazırıq.

Daimi məsləhət

Daima hüquqi məsləhət almaq istəyən müştərilərimiz həftədə 1,2,3,4,5 dəfə olmaqla, hər dəfə şifahi yarım saatdan, yazılı isə 5 sualdan artıq olmamaq şərti ilə peşəkar hüquqşünaslarımızın təcrübələrindən faydalana bilərlər. Daimi məsləhət xidməti üzrə tariflərimiz aylıq müraciət sayına görə dəyişir. Aylıq müqavilə bağlayırıq və təqdim olunmuş paketə görə xidmət göstəririk.

Form başlığı

Form alt başlığı

  • 010
  • 050
  • 051
  • 099
  • 055
  • 060
  • 070
  • 077
Digər xidmətlər
Bütün xidmətlər
  • Korporativ-hüquqi xidmətlər

    Bu xidmət daha çox şirkət və şirkətlərlə münasibətləri pis olanlar üçün nəzərdə tutulmuşdur.

    azerlegal_big
  • Nostrifikasiya xidməti

    Bu xidmətin adı Sizə qəliz gəlsə də xaricdə təhsil alıb diplomu Azərbaycanda tanınmayan tələbələr üçün doğma termindir. Təhsil nazirliyi ilə notariuslar arasında qalıb vaxt itirmək istəməyən tələbələr üçün işin hüquqi yol ilə həll olunmasını təklif edirik.

    azerlegal_big
  • İcra hüququ üzrə xidmət

    Həyatında bir dənə də olsun məhkəmə qərarı olan şəxslər yaxşı bilirlər ki, əsas məhkəmədə uğur qazanmaq deyil. Əsl uğur məhkəmənin qərarından sonra icra prosesinin həyata keçirilməsidir. Təcrübələr göstərir ki, bir çox müştərilər bu prosesin hansı qaydada icra edilməsi ilə bağlı kifayət qədər məlumata sahib olmadıqları üçün qarşı tərəfdən məhkəmə qərarının icra olunmasını dava, hədə qorxu və digər yollarla tələb etməyə başlayır. Bu addımlar isə həmin şəxsləri yenidən məhkəmə qarşısına çıxarmış olur. Vaxtınızı və əsəblərinizi bu qərarların icrasına sərf etməklə, daha bir səhvə yol verməyin. Məhkəmə də uğur qazanmağınıza dəstək olduğumuz kimi bu işin icrasında da Sizi dəstəkləməyə hazırıq. Siz vaxtında müraciət edin ki, biz də Sizə vaxtında hüquqi dəstək göstərə bilək.

     

    Niyə biz bu işləri yaxşı icra edə bilirik?

    Ətraflırightazerlegal_big